Salam hörmətli userlər budəfəki mövzumda mən sizə sirli və müəmmalı Bermud üçbucağının tarixi haqqında danışacağam. "Haqqında söhbət açacağımız yer planetin ən dəhşətli, ən müdhiş ərazisi hesab olunur. Burada çoxlu sayda gəmi və təyyarələr izsiz-tozsuz yoxa çıxıblar. Həmin hadisələrin əksəriyyəti 1945-ci ildən sonra baş verib. Sözügedən zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar nəticəsində bir dənə də olsun meyit və digər əlamətlər aşkar olunmayıb...". Amerikalı yazıçı Ç.Berlitç tərəfindən sirli Bermud üçbucağının təsviri bu sözlərlə başlayır.
Bermud üçbucağı (və ya Şeytan üçbucağı) Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəsini tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyekt görə batmış yer və anomal zona kimi sayılır.
" Bermud üçbucağı barədə məlumatlar hələ 1840-cı ilə gedib çıxır. Həmin il Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın "Rozali" gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa çıxmışdı. Bununla da müəmmalı Bermud üçbucağının tarixçəsi başlayır. Bu tarixin səhifəsində 103 ton su tutumu olan "Mariya Çelesta" gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın "Freya" ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı. 4 mart 1918-ci il. ABŞ-ın 12 min ton su tutumu olan "Siklop" gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən "Siklop" təyin olunan yerə gəlib çatmır. O da yoxa çıxır. Əvvəlcə belə bir versiya irəli sürülür ki, həmin gəmiyə alman sualtı qayığı hücum edib. I Dünya Müharibəsi gedirdi. Atlantika sularında çoxlu sayda alman sualtı qayıqları vardı. Lakin hərbi arxivlər araşdırılanda bu versiya özünü doğrultmayıb. Əgər almanlar "Siklop"u batırsaydılar, yəgin ki, bu barədə bütün dünyaya car çəkərdilər. "Siklop" isə sadəcə olaraq yoxa çıxıb.
Bir neçə il keçdikdən sonra ABŞ-ın hərbi dəniz donanmasının komandanlığı belə bir bəyanatla çıxış edir: ""Siklopu"un yoxa çıxması böyük və çətin həll olunan məsələlərdən biridir". ABŞ-ın o vaxtkı prezidenti Vudro Vilson bəyan edir ki, gəminin başına gələn hadisə barədə yalnız Allah bilir. Sonradan Bermud üçbucağında təyyarələr də yoxa çıxır. Bununla da dənizçilər, təyyarəçilər, alimlərlə yanaşı, ölkə hökumətləri də Bermud üçbucağına maraq göstərməyə başlayır. ...
Bu akvatoriyanın təkinin relyefi yaxşı tədqiq olunub. Sözügedən rayon oxşar coğrafi yerlərdən elə də fərqlənmir. Lakin buna baxmayaraq, Bermud üçbucağında gəmi və təyyarələr müəmmalı şəkildə yoxa çıxıblar.
Bəs siz bu sirli və müəmmalı Bermud üçbucağı haqqında nəsə bilirsinizmi? Fikirlərinizi bizlə paylaşın lütfən.
--------------------
╔╦╦╦═╦╗╔═╦═╦══╦═╗
║║║║╩╣╚╣═╣║║║║║╩╣
╚══╩═╩═╩═╩═╩╩╩╩═╝
- = @ _ K _ R _ A _ L _ @ = -
KİŞİ OL, DÜZ OL, DÜRÜST OL!